Aşpaz
Şirkət: Absheron Hospitality Group MMC
Şəhər: Bakı
Əmək haqqı: Müsahibə əsasında AZN
Email: hr@ah-group.az
Telefon: .
“Absheron Hospitality Group” MMC “Şirniyyatçı aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

Rəhbərlik etdiyi işçilərin iş bölgüsünün düzgün təşkili və prioritetlərin müəyyənləşdirilməsi;
Mövsümi, restoranın konseptinə uyğun desert menyusunun hazırlanması;
Yeni məhsulların menyuya daxil edilməsindən əvvəl test bişirmələrinin həyata keçirilməsi;
Rəqib restoranların menyularının araşdırılması və bazar trendlərinin izlənməsi;
İstehsal həcminə uyğun xammal sərfiyyatının proqnozlaşdırılması, mövsümə uyğun xammal istifadəsinin planlaşdırılması;
Müxtəlif növ tortların və digər un məmulatlarının hazırlanması;
Tort və desertlərin estetik və kreativ dizaynla bəzədilməsi, restoran və ya vitrin üçün cəlbedici şəkildə təqdim edilməsi;
Hazır məhsulun dad, tekstura və görünüş baxımından qiymətləndirilməsi;
İsrafın və normadan artıq sərfiyyatın qarşısının alınması;
Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Baş aşpazın tapşırıqlarının vaxtında və düzgün icra olunması;
Yeni işçilərin və təcrübəçilərin işə qəbuldan sonra praktiki təlimlərin təşkil olunması, xəmir, krem, bişirmə və dekor texnikaları üzrə mərhələli öyrədici proqramın hazırlanması;
İşçilərin performansının qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması;
Planlaşdırılmış büdcə ilə faktiki xərclərin müqayisəli təhlilini həyata keçirmək;
Məhsul kateqoriyalarının gəlirliliyinin hesablanması, məhsulun maya dəyəri, satış qiyməti və mənfəət faizinin mütəmadi monitorinqinin həyata keçirilməsi;
İsraf, zay məhsul və itkilərin analiz edilməsi;
İnventarizasiya prosesində iştirak etmək və fərqlərin araşdırılması;
Vəzifə üzrə əsas tələblər:

Müvafiq sahədə 5 il iş təcrübəsinin olması;
Qənnadı və un məmulatlarının hazırlanma texnologiyasını bilmək;
Krem, sous və dolğuların hazırlanma qaydalarını bilmək;
Böyük həcmdə istehsalı idarə etmək;
Büdcə planlaması və xərclərin optimallaşdırılması;
Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
Ərzaqların saxlanma qaydalarını bilmək;
Diqqətli olmaq və detallara önəm vermək;
Liderlik qabiliyyətinin olması;
Konfliktlərin effektiv şəkildə idarə olunması;
Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Email göndərilərkən mövzu hissəsinə “Şirniyyatçı aşpaz” qeyd edilməlidir.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
🔥 Elanı VIP et

🔥 7 gün VIP — 5 AZN

🚀 15 gün VIP — 8 AZN

⭐ 30 gün VIP — 15 AZN

📲 WhatsApp-da paylaş
© 2026 Vakansiya Saytı