Satış Meneceri
Şirkət: British Centre
Şəhər: Bakı
Əmək haqqı: 400 - 800 AZN
Email: hr@britishcentre.az
Telefon: (070) 200-71-95
İş barədə məlumat

İş yeri: Globus Center iş mərkəzi, 12-ci mərtəbə, Nizami metrosunun yaxınlığı, British Centre ofisi

Fix maaş + yüksək bonus sistemi (ümumi aylıq gəlir performansdan asılı olaraq daha yüksək ola bilər).

Həftədə 6 iş günü. Səhər saat 10:00-dan 19:00-a kimi


Müraciət etmək istəyən namizədlər CV-lərinihr@britishcentre.azünvanına "Koordinator – Satış Meneceri" başlığı ilə göndərə bilərlər.

Öhdəliklər

Potensial müştərilərlə telefon, WhatsApp və ofisdə görüş vasitəsilə ünsiyyət qurmaq;
İngilis dili kursları barədə ətraflı məlumat vermək və satış həyata keçirmək;
Yeni tələbələrin qeydiyyat prosesini koordinasiya etmək;
Mövcud tələbələrin davamiyyətini və məmnunluğunu izləmək;
CRM sistemində müştəri məlumatlarını düzgün qeyd etmək və yeniləmək;
Satış planını yerinə yetirmək və aylıq hədəflərə nail olmaq;
Rəhbərliyə gündəlik və aylıq hesabatlar təqdim etmək;
Sosial şəbəkələrdən və digər mənbələrdən daxil olan müraciətləri operativ cavablandırmaq;
Komanda ilə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.
Tələblər

Ali və ya orta ixtisas təhsili;
Satış və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi və ya bu sahədə təlimlərdə iştirak etmiş;
Azərbaycan dilində səlis danışıq, rus və ya ingilis dili biliyi üstünlükdür;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Satış etməyi sevən və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Məsuliyyətli, operativ və təşəbbüskar olmaq.
🔥 Elanı VIP et

🔥 7 gün VIP — 5 AZN

🚀 15 gün VIP — 8 AZN

⭐ 30 gün VIP — 15 AZN

📲 WhatsApp-da paylaş
© 2026 Vakansiya Saytı