İnşaat mühəndisi (Cənub zonası)
Şirkət: Oba Market MMC
Şəhər: Bakı
Əmək haqqı: 1100 - 1300 AZN
Email: cv@oba.az
Telefon: (055) 205-79-03
Öhdəliklər
Təchizatçılar və anbar tərəfindən təqdim olunan materialların smetaya uyğunluğunu yoxlamaq və qəbul prosesini həyata keçirmək

Tikinti və təmir işlərinin layihə sənədlərinə, texniki norma və qaydalara uyğun icrasına nəzarət etmək

Təmir-tikinti smetalarının hazırlanmasında iştirak etmək və xərclərin optimallaşdırılmasını təmin etmək

Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək

Podratçıların gördüyü işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək

Mağazalara baxış keçirmək, ölçü götürmək və eskizlərin hazırlanmasını təmin etmək

Layihə komandası ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək

Texniki sənədlərin, aktların və icra sənədlərinin hazırlanmasını təmin etmək

Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək

Material ehtiyaclarının planlaşdırılmasında və təchizat prosesində iştirak etmək

Aşkar edilən texniki uyğunsuzluqların aradan qaldırılması üçün operativ tədbirlər görmək.

Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil

Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi

Tikinti norma və qaydaları üzrə biliklər

AutoCAD və digər layihələndirmə proqramlarında işləmə bacarığı

Avtomobilin olması mütləqdir.
🔥 Elanı VIP et

🔥 7 gün VIP — 5 AZN

🚀 15 gün VIP — 8 AZN

⭐ 30 gün VIP — 15 AZN

📲 WhatsApp-da paylaş
© 2026 Vakansiya Saytı