JobSearch.az

Mühafizəçi

NEW
Legion Security
YER Baki
ELAN TARİXİ 2026-09-25
SON TARİX 2026-10-24

Vakansiya haqqında

Şirkət tərəfindən yüksək səviyyəli obyekt və xüsusi qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizəçi vəzifəsinə vakansiya elan edilir.

Ümumi müddəalar

Vəzifə üzrə işçi şirkətin daxili intizam qaydalarına və təhlükəsizlik prosedurlarına uyğun fəaliyyət göstərməlidir.
İşçi rəhbərliyin qanuni göstərişlərini icra etməli və konfidensiallıq prinsiplərinə əməl etməlidir.
Əmək münasibətləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.

Vəzifə öhdəlikləri

Obyektin və ətraf ərazilərin təhlükəsizliyinin təmin edilməsi
VIP şəxslərin və xarici qonaqların təhlükəsizliyinin qorunması
Qonaqların etik və protokol qaydalarına uyğun qarşılanması və yola salınması
Təhlükəsizlik risklərinin vaxtında müəyyən edilməsi və qarşısının alınması
Texniki təhlükəsizlik avadanlıqları (“X-ray” və “Metal-detector” və s.) ilə işləmə bacarığı
Daxili təhlükəsizlik qaydalarına riayət edilməsi

Tələblər

Namizədə dair tələblər

Azərbaycan Respublikası vətəndaşı
Həqiqi hərbi xidmət keçmiş
Cinayət məsuliyyətinə cəlb olunmamış
22–28 yaş arası
Minimum 178 sm boy
Güləş, boks, qaydasız döyüş, tək mübarizlik və s. idman növləri ilə məşğul olan
İngilis dili minimum B1 səviyyəsində (digər xarici dil bilikləri üstünlükdür),
Stressə davamlılıq və operativ qərarvermə bacarığı
Tam orta və ya ali təhsil
Mühafizə sahəsində iş təcrübəsi (üstünlükdür)
Təklif olunan şərtlər

1500 AZN və yuxarı əmək haqqı
Rəsmi əmək müqaviləsi
Özü və ailə üzvləri üçün tibbi sığorta təminatı
Stabil və peşəkar iş mühiti
Karyera inkişaf perspektivləri
Seçim və müraciət qaydası

İlkin mərhələdə xarici dil bilikləri və fiziki göstəricilər qiymətləndiriləcəkdir
Tələblərə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaqdır

Müraciət

CV göndərmək üçün:
info@legion-security.az